“Şamaxı”dan səfər qələbəsi
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Msport.az xəbər verir ki, “Şamaxı” səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 7-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub. “Qəbələ” hazırda 4 xalla 11-ci, qonaqlar 9 xalla yeddincidir.
Bu gün keçirilən ilk görüşdə “Sabah” səfərdə “Karvan-Yevlax”ı üstələyib – 2:0.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “İmişli”ni (2:0), “Qarabağ” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Sumqayıt”ı (3:0) məğlub edib. “Zirə” – “Neftçi” oyununda isə qalib müəyyənləşməyib – 2:2.