featured-image-45462

“Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq”.

Msport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev İngiltərə yığmasına 1:5 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələ matçı barədə danışarkən deyib.

Mütəxəssis güclü komandaya qarşı oynadıqlarını bildirib: “İndividual keyfiyyətləri olan futbolçulara qarşı oynadıq. Futbolçularımızdan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər, lakin təəssüf ki, böyük hesabla məğlub olduq”.

Bənzər xəbərlər