“Səbail” David Qomislə müqaviləni yenilədi
“Səbail” yarımmüdafiəçi David Qomislə qüvvədə olan müqavilənin müddətini artırıb.
Msport.az xəbər verir ki, 30 yaşlı futbolçunun sözləşməsinin müddəti 2024/2025 mövsümünün sonuna qədər uzadılıb.
Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis komandanın heyətində ümumilikdə Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.







