featured-image-36587

“Səbail” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, V turda “Qarabağ”la oyuna təsadüf edib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “dənizçilər” ölkə çempionatında 25-ci ev qələbəsini qazanıb. Paytaxt təmsilçisi bunu öz meydanında keçirdiyi 87-ci matçında reallaşdırıb. Komanda digər görüşlərin 18-də heç-heçə edib, 44 dəfə isə uduzub.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb. “Dənizçilər” həmin vaxt “Neftçi” ilə öz meydanındakı görüşdə bir cavabsız qolla qələbə qazanıblar.

Bənzər xəbərlər