“Səbail”in futbolçusu əməliyyat olundu
“Səbail” klubunun futbolçusu David Qomis əməliyyat oluub.
Msport.az xəbər verir ki, cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
31 yaşlı yarımmüdafiəçinin əməliyyatının uğurlu alındığı vurğulanıb.
Qeyd edək ki, fransalı oyunçu Premyer Liqanın XVI turunda “Sabah”a 0:4 hesabı ilə uduzduqları matçın ilk hissəsində zədələnib.







