featured-image-41973

“Səbail”in sabiq üzvü Maykl Essyen tarixin ən yaxşı afrikalı futbolçularının siyahısında göstərilib.

Msport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “FourFourTwo” nəşrinin açıqladığı siyahıda 9-cu olub.

Hazırda İngiltərənin “Liverpul” klubunda çıxış edən Məhəmməd Salah tarixin ən yaxşısı hesab edilib.

İkinci sırada liberiyalı sabiq hücumçu Corc Vea qərarlaşıb. “3-lüy”ü kamerunlu keçmiş forvard Samuel Eto tamamlayır. Növbəti mövqelərdə Didye Droqba, Yaya Ture (hər ikisi Fil Dişi Sahili), Sadio Mane (Seneqal), Riyad Mahrez (Əlcəzair), Abedi Pele (Qana), Maykl Essyen (Qana), Cey-Cey Okoça (Nigeriya) yer alıblar.

Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək Azərbaycanda “Səbail”in heyətində çıxış edib.

Bənzər xəbərlər