featured-image-52675

AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Msport.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasında baş verən hadisələrə hüququ qiymət verilib.

5 avqust tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası limiti pozduğuna görə “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Səbail-2” komandası 400 manat cərimə edilir.

10 avqust tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qarabağ-2” komandası 50 manat cərimə edilir.

10 avqust tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir.

10 avqust tarixində Əvəzedicilər liqasının II turunun “Qarabağ-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir.

11 avqust tarixində Əvəzedicilər liqasının II turunun “Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir

11 avqust tarixində Əvəzedicilər liqasının II turunun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilir.

12 avqust  tarixində Əvəzedicilər liqasının II turunun “Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir.

Bənzər xəbərlər