featured-image-41572

“Səbail” komandası Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.

Msport.az “dənizçilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.

Paytaxt təmsilçisi hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Miracle Resort” hotelində məskunlaşacaq kollektiv qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək.

Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.

Bənzər xəbərlər