featured-image-40723

“ASCO Arena”nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün Premyer Liqanın 17-ci turunun “Səbail” – “Qəbələ” oyununun vaxtı dəyişdirilib.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Səbail”  klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırlıb.

PFL-in yekun qərarına əsasən, oynanılması əvvəlcədən dekabrın 15-də saat 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasıına qərar verilib.

Bənzər xəbərlər