featured-image-46395

AFFA İntizam Komitəsi Premyer Liqanın XXIX turunda yaşananlara hüquqi qiymət verib.

Msport.az xəbər verir ki, “Səbail”, “Sumqayıt”, və “Neftçi” cərimələnib.

“Qarabağ” – “Səbail” oyununda paytaxt təmsilçisinin 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat ödəyəcək.

“Neftçi” – “Sumqayıt” oyununda “gənclik şəhəri” təmsilçisinin 4 üzvü sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat ziyana düşüb.

“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

Bənzər xəbərlər