featured-image-22486

“Səbail” transfer pəncərəsinin son günündə yeni futbolçu ilə müqavilə bağlayacaq.

Msport.az xəbər verir ki, “dənizçilər” mərkəz yarımmüdafiəçisi mövqeyinə yeni transfer ediblər. Hələ ki paytaxt klubu legionerin adını açıqlamır. “Səbail”in skaut qrupunun rəhbəri Şəhriyar Rəhimov bizimlə söhbətdə yalnız rəsmi açıqlamadan sonra yeni futbolçu barədə məlumat verəcəyini söylədi.

Baş məşqçi Şahin Diniyev isə 3 futbolçu ilə danışıqlar getdiyini hələ ki anlaşma əldə olunmadığını bildirdi.

Lakin əldə etdiyimiz məlumata görə, “8 nömrə” mövqeyində oynayan futbolçu ilə artıq razılıq əldə olunub.

AYXAN 

Bənzər xəbərlər