featured-image-41916

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 2 klubu bu gün ilk yoxlama görüşünü keçirəcək.

Msport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçiləri “Səbail” və “Sumqayıt” Rumıniya komandaları ilə qüvvələrini sınayacaqlar.

İlk olaraq “Sumqayıt” meydana çıxacaq. Samir Abasovun kollektivi Superliqada mübarizə aparan “Hermanştadt”la münasibətlərinə aydınlıq gətirəcək. “Fanatik Belek Sport Center”də baş tutacaq oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Şahin Diniyevin rəhbərlik etdiyi “Səbail” isə Rumıniya yüksək liqasının digər iştirakçısı “Universitatya Kluj”la üz-üzə gələcək. “İS Santai Hotel”inin meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama matçını yanvarın 15-də Rusiya Premyer Liqa klubu “Fakel”lə, “Sumqayıt” isə bundan bir gün sonra Özbəkistan təmsilçisi “Soqdiana” ilə keçirəcək.

Bənzər xəbərlər