"Səbail" - "Zirə" oyununda qol vurulmadı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyununda qol vurulmayıb.
Msport.az-ın məlumatına görə, günün ilk matçı Bakıda baş tutub.
“ASCO Arena”da “Səbail” “Zirə”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Meydan sahibləri 27 xalla 3-4-cü yerləri bölüşdürür. Qonaqlar isə 30 xalla ikinci sıradadır.
Qeyd edək ki, günün digər görüşündə “Kəpəz” “Turan Tovuz”la görüşəcək. Ötən gün “Sabah” – “Neftçi” matçında qolsuz heç-heçə qeydə alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları yanvarın 23-də keçiriləcək.