featured-image-42321

Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu bu gün baş tutacaq.

Msport.az xəbər verir ki, ilk matçda “Səbail” “Zirə”ni qəbul edəcək. “Dənizçilər” 26 xalla 5-ci, “qartallar” 29 xalla 3-cü pillədə qərarlaşıblar.

Günün ikinci görüşü Qəbələdə keçiriləcək. “Kəpəz” və “Turan Tovuz” qərb derbisində üz-üzə gələcəklər. Gəncə təmsilçisi 14 xalla 9-cu, Tovuz klubu 22 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XIX tur

15:00. “Səbail” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“ASCO Arena”

17:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün “Sabah” – “Neftçi” matçında qolsuz bərabərlik qeydə alınıb. Turun “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” oyunları yanvarın 22-də keçiriləcək.

Bənzər xəbərlər