featured-image-82092

“Real”ın sabiq futbolçusu Dani Sebalyos yetirməsi olduğu “Betis”ə qayıdıb.

Msport.az xəbər verir ki, 30 yaşlı ispaniyalı yarımmüdafiəçi 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

O, Sevilya təmsilçisinə azad agent kimi keçib.

Sebalyos 2014-2017-ci illərdə “Betis”də çıxış edib.

O, 2017-2026-cı illərdə “Real”ın formasını geyinib.

Madrid klubunda 215 matçda meydana çıxan futbolçu 16 titul qazanıb.

Sebalyos İspaniya millisində 13 oyun keçirib.

Bənzər xəbərlər