featured-image-38978

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.

Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.

Bənzər xəbərlər