featured-image-60039

Sərbəst güləş üzrə millimiz 2025-ci ildə ilk yarışa qatılır.

Msport.az xəbər verir ki, yığmanın 8 üzvü Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Yanvarın 23-dən 26-dək davam edəcək ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək.

Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Bənzər xəbərlər