Yenə eyni problem, Hidayət Heydərov yarışa buraxılmadı
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərovun son anda Ulan-Bator “Böyük Dəbilqə” turnirində iştirak etməyəcəyi məlum olub.
Msport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı çəkisini sala bilmədiyi üçün yarışa buraxılmayıb.
Xatırladaq ki, 29 yaşlı cüdoçu daha əvvəl Daşkənd “Byük Dəbilqə” yarışında da eyni səbəbdən iştirak edə bilməmişdi.
O, son dəfə apreldə Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanmışdı.







