Çkayev finalda uduzdu, Rəcəbli bürünc medal qazandı
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Msport. az xəbər verir ki, bu gün milli komandamız daha 2 medal qazanıb.
81 kq çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Abilayxan Jubanazarı məğlub edərək bürünc medala layiq görülüb.
Bu çəki dərəcəsində çıxış edən digər idmançımız – Zelim Çkayev isə finalda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub və gümüş medala yiyələnib.
Milli komandamız dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.







