featured-image-42366

Serbiyalı futbolçu Matiya Lyuyiç yenidən Azərbaycanda oynaya bilər.

Msport.az-ın “csakfoci.hu” saytına istinadən məlumatına görə, Macarıstanın “Uypeşt” klubunun yarımmüdafiəçisi Premyer Liqadan təklif alıb.

Ötən mövsüm icarə əsasında “Səbail”də çıxış etmiş 30 yaşlı orta sahə oyunçusu “Uypeşt”də əsas heyətə düşməkdə çətinlik çəkir. Bu səbəbdən klubu onunla yolları ayırmağın əleyhinə deyil. Lyuyiç üçün hələlik ən real variantın adı açıqlanmayan Azərbaycan klubu olduğu bildirilir.

Qeyd edək ki, Matiya Lyuyiç 2022/2023 mövsümünün ikinci yarısında “Səbail”in formasını geyinib.

Bənzər xəbərlər