Sərxan Hacıyev: “Qarabağ”ın nəticəsi bütün Azərbaycanın uğurudur”
“Qarabağ”ın nəticəsi bütün Azərbaycanın uğurudur”.
Msport.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Hesabat-Seçki Konfransındakı çıxışı zamanı deyib.
O, Ağdam klubunun Avropa Liqasında tarix yazdığını bildirib.
S.Hacıyevin sözlərinə görə, ötən ilin ən mötəbər hadisəsi 30 ildən sonra Xankəndidə ilk dəfə futbol matçının keçirilməsi olub: “Digər tarixi hadisə isə Prezident İlham Əliyevin də həmin oyunu izləməsi idi”.
Baş katib ötən mövsüm UEFA Millətlər Liqasında tarix yazan qadın futbolçulardan ibarət Azərbaycan yığmasının uğurunu da qeyd edib: “Qızlarımız bizi sevindirməyi bacardılar. Onlara gələcək matçlarda uğurlar arzulayıram”.
Daha sonra Azərbaycan futbolunun ötənilki nəticələri ilə bağlı videoçarx nümayiş olunub.