Serxio Ramos “Aston Villa”ya keçə bilər
“Real”ın sabiq kapitanı Serxio Ramos karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Msport.az xəbər verir ki, 40 yaşlı müdafiəçi “Aston Villa” ilə danışıqlar aparır.
Tərəflərin razılığa gəlməyə yaxın olduğu və Ramosun gələn həftə tibbi müayinədən keçəcəyi bildirilir.
Ramos “Real”la 4 dəfə Çempionlar Liqasının qalibi olub, İspaniya millisi ilə dünya və 2 dəfə Avropa çempionu adını qazanıb. O, karyerasında PSJ, “Sevilya” və “Monterrey”də də çıxış edib. Sonuncu klubundan 2025-ci ilin dekabrında ayrılıb.
Qeyd edək ki, Ramos indiyədək İngiltərədə rəsmi matç keçirməyib. “Aston Villa”ya keçəcəyi təqdirdə o, Premyer Liqanın ən yaşlı futbolçularından biri olacaq.







