featured-image-44411

Milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Kocaelispor” Türkiyə I liqasında növbəti oyuna çıxıb. Msport.az xəbər verir ki, İzmit təmsilçisi çempionatın 25-ci turunda “Ərzrumspor”un qonağı olub. Oyunda hesab açılmayıb – 0:0.

Şeydayev 74-cü dəqiqədə Barış Alıcının əvəzinə meydana daxil olub. Qeyd edək ki, həmyerlimiz böyük ümidlərlə transfer olunsa da, o, son oyunlarda start heyətinə düşə bilmir. Hücumçu son 3 matçda sonradan meydana daxil olub.

25 oyundan sonra 45 xal toplayan “Kocaelispor” 3-cü yeri tutur.

 

 

Bənzər xəbərlər