featured-image-37178

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda məhsuldar ötürmələr verib.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu ölkə çempionatında “Trat”a qarşı keçirdikləri IV tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.

Matça start heyətində başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma “Buriram Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər