Şeydayevdən məhsuldar ötürmə, komandasından səfər qələbəsi
“Buriram Yunayted”də çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tayland çempionatında növbəti dəfə diqqət mərkəzinə düşüb.
Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu səfərdə “Polis Tero” klubuna 2:1 hesabı ilə qalib gəldikləri V tur oyununda məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli forvard 58-ci dəqiqədə komandasının vurduğu ikinci qol zamanı komanda yoldaşı Lonsana Dumbuyanın fərqlənməsinə şərait yaradıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 13-ə çatdıran “Buriram Yunayted” liderliyə yüksəlib.







