featured-image-43061

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubu aparıcı hücumçusu Duqlas Tanke ilə yollarını ayırır.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı forvard Yaponiyadan sərfəli təklif alıb.

31 yaşlı forvardın hələlik adı açıqlanmayan komanda ilə anlaşdığı iddia olunur. Yaponiya təmsilçisinin “Kocaelispor”la danışıqları davam etdirdiyi və razılıq əldə etməyə yaxın olduğu bildirilib.
Xəbərdə “Kocaelispor”un iki il öncə “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovunu mövsümün ortasında Çin klubuna satdığı və bu ayrılığın böyük rezonans doğurduğu vurğulanıb.

Qeyd edək ki, Ramil Şeydayev qış fasiləsində “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. Hazırda onun komandadakı əsas rəqibi məhz Duqlas Tanke hesab olunur.

Bənzər xəbərlər