featured-image-43285

Türkiyə I Liqasında 22-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, iki azərbaycanlı futbolçu – Ramil Şeydayevlə Vüsal İsgəndərli bir-birlərinə qarşı oynayıblar. “Boluspor” – “Kocaelispor” matçında qalib müəyyən olunmayıb – 1:1.

Start heyətində meydana çıxan “Boluspor”un hücumçusu V.İsgəndərli 62-ci dəqiqədə əvəzlənib.

Milli komandamızın üzvü Şeydayev də ilk dəqiqədən meydanda olub. Onun əvəzinə 80-ci dəqiqədə Cem Ekinci oyuna girib.

Qeyd edək ki, hər iki komandanın heyətində postsovet məkanından olan futbolçular fərqlənib. “Boluspor”da moldovalı  müdafiəçi Vyaçeslav Posmaç hesaba tarazlıq gətirib. Bu, 33 yaşlı futbolçunun cari mövsümdə 4-cü qolu olub.

“Kocaelispor”un yeganə qolunu isə gürcü futbolçu Georgi Beridze vurub.

“Kocaelispor” 22 oyundan sonra 43 xalla 3-cü yeri tutur. Hesabında 33 xal olan “Boluspor” isə 8-ci yeri tutur.

 

Bənzər xəbərlər