featured-image-49151

“Biz AVRO-2024-ə hazırlaşırıq. Bizim proqramda iki yoldaşlıq oyunu var idi. Bu, çox qısa hazırlıq dövrüdür”.

Msport.az xəbər verir ki, bunu Albaniya millisinin baş məşqçisi Silvinyo deyib.

O, Azərbaycanla sabah keçiriləcək yoldaşlıq oyunu barəsində fikirlərini açıqlayıb: “Almaniyadakı yarışa 3-4 həftə vaxtımız olsaydı, başqa məsələ idi. İndi isə yoxlama oyunları ilə birlikdə 7 günümüz qalıb. İtaliya ilə görüşə hazırlaşırıq. Həmin matçadək necə olacağını bilmirik. Amma Azərbaycanla qarşılaşmada az oynayanlara vaxt vermək və mümkün qədər çox futbolçu sınamaq vacibdir. Azərbaycanla oyundan sonra İtaliyaya qarşı necə mübarizə aparmağı təhlil etməyə imkanımız olacaq. Bu matçın heyəti sabah dəqiqləşəcək. AVRO-2024 üçün 26 nəfərlik yekun heyət də sabah müəyyənləşəcək. İtaliya ilə görüş öncəsi komandamı müdafiədə daha çox görmək istəyirəm. Bu baxımdan sabahkı qarşılaşma çox vacibdir. İndi biz Azərbaycan kimi çox yaxşı rəqibə qarşı matçın dəyərini bilirik. Bu komanda bizi çətin vəziyyətə sala bilər. Bu iki yoldaşlıq görüşü bizə nəyə qadir olduğumuzu göstərəcək”.

Qeyd edək ki, Azərbaycan – Albaniya qarşılaşması Macarıstanda keçiriləcək.

Bənzər xəbərlər