featured-image-45702

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Yığmanın heyəti: Aytac Şərifova “Trabzonspor” (Türkiyə), Nərgiz Əliyeva “Karadeniz Ereğli Belediyespor” (Türkiyə), Günay İsmayılova (“Neftçi”), Nigar Mirzəliyeva “Zenit” (Rusiya), Nərgiz Hacıyeva “Trabzonspor” (Türkiyə), Manə Mollayeva (“Neftçi”), Ayşən Əhmədova PAOK (Yunanıstan), Alina Dorofeyeva “Yenisey” (Rusiya), Diana Məmmədova “Yenisey” (Rusiya), Fidan Cəfərova “Baku Juniors”, Aysun Seydiyeva “Neftçi”, Vüsalə Hacıyeva “Amedspor” (Türkiyə), Firəngiz Teymurova “Neftçi”, Jalə Məhsimova “Beylerbeyi Spor” (Türkiyə), Yeliz Acar “Fatih Vətən” (Türkiyə), Peritan Bozdağ “Fatih Vətən” (Türkiyə), Esra Manya “Beşiktaş” (Türkiyə), Kristina Bakarandze “Qalatasaray” (Türkiyə), Coşqunə Əliyeva “Neftçi”, Sevinc Cəfərzadə “Eastern Flames” (Səudiyyə Ərəbistanı), Milana Rəhimova “Neftçi”, Nazlıcan Parlak “Qalatasaray” (Türkiyə), Vüsalə Seyfəddinova “Olimpiada İmittou” (Yunanıstan).

B liqasının l qrupunda mübarizə aparan yığma aprelin 5-də, saat 19:45-də səfərdə Macarıstan, aprelin 9-da, saat 16:00-da isə Bakıda İsveçrə ilə görüşəcək. Toplanış aprelin 1-də Macarıstana səfərlə başlayacaq.

Bənzər xəbərlər