featured-image-40306

Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində bu gün Limassol şəhərində keçirilmiş Kipr – Azərbaycan qarşılaşmasından sonra millimizin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlama verib.

Msport.az xəbər verir ki, 36 yaşlı mütəxəssis qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik etdiyini söyləyib: “Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Bənzər xəbərlər