featured-image-72130

“Mançester Siti” UEFA Çempionlar Liqasında son 14 ev matçında ilk dəfə Almaniya komandasına uduzub.

Msport.az xəbər verir ki, bu, liqa mərhələsinin V turunda ötən gün baş tutan “Bayer”lə (0:2) matçda reallaşıb.

Mançester təmsilçisi sonuncu dəfə 2013-cü ildə Xosep Qvardiolanın rəhbərlik etdiyi “Bavariya”ya məğlub olmuşdu. Həmin vaxtdan bəri İngiltərə klubu Almaniya komandalarına qarşı keçirdiyi oyunlarda 13 qələbə qazanıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Turnirin son qalibi Fransanın PSJ klubudur.

Bənzər xəbərlər