Son 17 mövsümün rekordu
Sabah Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək.
Msport.az 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.
Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.
34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.
Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.
| mövsüm | iştirakçı |
| 1992 | 12 |
| 1993 | 40 |
| 1993/94 | 45 |
| 1994/95 | 28 |
| 1995/96 | 38 |
| 1996/97 | 34 |
| 1997/98 | 28 |
| 1998/99 | 25 |
| 1999/00 | 19 |
| 2000/01 | 24 |
| 2001/02 | 19 |
| 2003/04 | 21 |
| 2004/05 | 26 |
| 2005/06 | 29 |
| 2006/07 | 35 |
| 2007/08 | 32 |
| 2008/09 | 18 |
| 2009/10 | 20 |
| 2010/11 | 22 |
| 2011/12 | 21 |
| 2012/13 | 21 |
| 2013/14 | 20 |
| 2014/15 | 18 |
| 2015/16 | 19 |
| 2016/17 | 18 |
| 2017/18 | 18 |
| 2018/19 | 12 |
| 2019/20 | 12 |
| 2020/21 | 12 |
| 2021/22 | 12 |
| 2022/23 | 14 |
| 2023/24 | 34 |







