SON DƏQİQƏ: Fernandu Santuş istefaya göndərildi
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.