featured-image-19106

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Universitatya Krayova” klubu ilə anlaşıb.

Msport.az “prosport.ro” nəşrinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis 6 aylıq müqavilə barədə razılığa gəlib. Cari mövsümün sonunda sözləşmənin müddəti uzadıla bilər.

Maraqlıdır ki, rumıniyalı baş məşqçi sabiq klubu ilə daha az maaşa – aylıq 15 000 avroya razılaşıb.

Onun “Universitatya Krayova”ya keçidi qış fasiləsində – “ağ-qaralar”la müqaviləni pozduqdan sonra rəsmiləşəcək.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə 2023/2024 mövsümünün sonunadək müqaviləsi var.

Bənzər xəbərlər