featured-image-8780

Almaniyanın “Hoffenhaym” klubu Türkiyə millisinin üzvü Ozan Kabakın transferini açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Hoffenhaym” futbolçunu “Şalke”dən 7 milyon avroya transfer edib.

Ozan Kabak ötən mövsümü icarə əsasında “Norviç Siti” klubunda keçirib. O, karyerasın ərzində “Qalatasaray”, “Ştutqart”, “Şalke”, “Liverpul” klublarının da formasını geyinib.

Bənzər xəbərlər