featured-image-43704

“Qarabağ”ın futbolçusu Abdullah Zubir karyerasını Almaniya və ya Şotlandiyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “onefootball.com” nəşri məlumat yayıb.

“Auqsburq” və “Seltik” fransalı yarımmüdafiəçi ilə maraqlanır.

Zubirin UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə görüşdə (4:2) 2 qol, 1 məhsuldar ötürmə verməsi “Auqsburq”la “Seltik”in diqqətini çəkib. Eyni zamanda, Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Abdullah Zubirin “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Bənzər xəbərlər