featured-image-45887

Rusiyanın “Spartak” klubu “Neftçi” ilə daha bir yoldaşlıq görüşü keçirmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin baş direktoru Oleq Malışev açıqlama verib.

“Çalışacağıq ki, gələcəkdə “Neftçi” ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik”.

“Spartak” və “Neftçi” klubları 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.

Bənzər xəbərlər