featured-image-71636

Moskva “Spartak”ı baş məşqçisi Deyan Stankoviçlə yolları ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. Komandaya müvəqqəti olaraq Vadim Romanov rəhbərlik edəcək.

Qeyd edək ki, ötən illərin ulduz futbolçusu olan Stankoviç 2024-cü ilin iyul ayından “Spartak”ı çalışdırırdı. Paytaxt klubu serbiyalı mütəxəssisin rəhbərliyi altında 64 oyun keçirib, 37 qələbə qazanıb, 11 heç-heçə edib və 16 dəfə məğlub olub. “Spartak” Rusiya Premyer Liqasında 15 turdan sonra 25 xalla 6-cı pillədədir və lider “Krasnodar”dan 18 xal geri qalır.

Bənzər xəbərlər