featured-image-67200

“Fiorentina” yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, Florentsiya  klubu Stefano Piolini vakant posta gətirib.

Təcrübəli mütəxəssislə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Pioli futbolçu kimi 1989-1995-ci ilərdə “Fiorentina”nın heyətində çıxış edib.

58 yaşlı məşqçi 2017-2019-cu ullərdə “bənövşəyilər”in sükanı arxasında olub.

Xatırladaq ki, Pioli son olaraq “Əl Nəsr”i çalışdırıb. O, buna qədər “Milan”, “”İnter”, “Latsio”, “Bolonya”, “Parma” kimi klublara rəhbərlik edib.

Bənzər xəbərlər