“Sumqayıt”a azarkeşlərə görə cərimə
AFFA İntizam Komitəsi (İK) “Sumqayıt” klubunu azarkeşlərə görə cərimələyib.
Msport.az xəbər verir ki, buna fanatların “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII turunun matçında meydana kənar əşyalar atması səbəb olub.
Klub 800 manat ziyana düşüb.
İK “Qarabağ”ı da 700 manat cərimələyib. Ağdam təmsilçisinin 5 üzvü həmin turda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.







