featured-image-50515

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Sumqayıt” heyətinə əl gəzdirir. Msport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Fernando Medeirosla anlaşıb.

Son mövsümü Albaniyanın “Egnatiya” klubunda keçirən 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə  2+1 illik müqavilə imzalanıb. Braziliyanın “Santos” klubunun yetirməsi olan Medeiros karyerası ərzində bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi klubların şərəfini qoruyub.

O, “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək.

Bənzər xəbərlər