featured-image-42547

“Sumqayıt” klubu azarkeşlərinə müraciət ünvanlayıb.

Msport.az klubun feysbuk səhifəsində yer alan müraciəti təqdim edir:

“Əziz azarkeşlərimiz! Nəhayət hamımızın gözlədiyimiz günə az qaldı. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda təmirdən sonra ilk oyun üçün hazırıq.
Fevral ayının 4-də, saat 14:00-da baş tutacaq Misli Premyer Liqasının 21-ci turunun “Neftçi” ilə oyununda azarkeşlərimizi şəhərimizin rəmzlərindən biri olan doğma stadionumuzda qarşılayacağıq.
Hər birinizi möhtəşəm konsert proqramının da keçiriləcəyi açılış matçında və ondan sonrakı bütün ev oyunlarımızda yanımızda olmağa səsləyirik.
Gələn həftədən etibarən satışa çıxacaq biletləri www.iticket.az saytından, Sumqayıtda yerləşən 1 saylı ASAN Xidmət mərkəzindən, oyuna 3 gün qalmış isə stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan əldə edə biləcəksiniz.
Bilet qiymətləri və konsert proqramındakı iştirakçılar haqqında qarşıdakı günlərdə ətraflı məlumat veriləcək”.

Bənzər xəbərlər