featured-image-53321

Azərbaycan Premyer Liqasının IV turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper “gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb.

Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Mehdinin komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. Cənnətov “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.

Qeyd edək ki, yubilyarın Premyer Liqada debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-21-ci illərdə “Sumqayıt” forması geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.

Bənzər xəbərlər