featured-image-48864

“Sumqayıt” klubu estoniyalı hücumçu Erik Sorqa ilə yolları ayırıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Erik Sorqa ötən mövsümün əvvəlindən Sumqayıt təmsilçisinin formasını geyinirdi. Bu müddət ərzində 27 Premyer Liqa və 3 ölkə kuboku matçında meydanda olub.

24 yaşlı futbolçu bu qarşılaşmalarda 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.

Bənzər xəbərlər