featured-image-40227

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün sonuncu matçında “Sumqayıt” “Lerik”lə üz-üzə gəlib.

Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib. Komanda 1/8 finalda “Karvan”la görüşəcək.

Bu gün “Kəpəz”, “Qaradağ Lökbatan” və “Araz-Naxçıvan” da növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.

Bənzər xəbərlər