featured-image-82514

Azərbaycan Premyer Liqasında beşinci tur davam edir.

Msport.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib.

“Kəpəz” Gəncədə doğma azarkeşlər qarşısında “Qəbələ”ni minimal hesabla mıəğlub edib – 1:0.

Günün digər oyununda “Sumqayıt” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edərək bu mövsüm ilk xalını qazanıb.

Azərbaycan Premyer Liqası

V tur

12 sentyabr (şənbə)

19:45. “Sumqayıt” – “Şamaxı” – 1:1

Qollar: Jeam Oliveyra, 25 (1:0), Edqar Adilxanov, 54 (1:1)
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
“SOCAR Polymer Arena”

17:30. “Kəpəz” – “Qəbələ” – 1:0

Qol: Viktor Stina, 64
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu

13 sentyabr (bazar)

16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”

19:00. “Zirə” – “Qarabağ”

14 sentyabr (bazar ertəsi)

19:00. “Şəfa” – “Sabah”

11 sentyabr (cümə)

“İmişli” – “Neftçi” – 2:3

Bənzər xəbərlər