“Sumqayıt”ın əvəzolunmazları
İsa Suliman və Murad Xaçayev “Sumqayıt”ın ilk dövrədə keçirdiyi 8 matçın hamısında əvəzlənmədən oynayıb.
Msport.az xəbər verir ki, hər iki futbolçu 720 dəqiqə meydanda olub.
Rövlan Muradov (696 dəqiqə) və Elvin Bədəlov (655 dəqiqə) müxtəlif oyunlarda əvəzlənməklə qeyd olunmuş futbolçulardan daha az meydanda olublar.
Qapıçı Mehdi Cənnətov (630 dəqiqə) isə yalnız dövrənin son oyununu buraxıb.