“Sumqayıt”ın futbolçusu əməliyyat olundu
“Sumqayıt”ın Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçinin ayağı 14 gün müddətində gipsdə olacaq.
Bu müddət ərzində xəstəxanada qalacaq oyunçu 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
O, 3-4 ay sonra məşqlərə başlaya biləcək.
Qeyd edək ki, Kristian Velinovski “Lerik”ə 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında zədələnib.







