Millətlər Liqası: "Sumqayıt"ın futbolçusu qırmızı vərəqə ilə cəzalandı
Şimali Makedoniya yığmasının və “Sumqayıt”ın müdafiəçisi Todor Todoroski Bolqarıstanla hazırda davam edən Millət Liqası oyununda qırmızı vərəqə alıb.
Msport.az xəbər verir ki, Şimali Makedoniya millisi rəqibini Skopyedə qəbul edir. Bu oyuna qədər Şimali Makedoniya C divizionunun 4-cü qrupunda 7 xalla 2-ci, Bolqarıstan isə 6 xalla 3-cü yeri tuturdu.
23 yaşlı Todoroski artıq 14-cü dəqiqədə aşkar kobudluğa görə meydandan qovulub.