“Sumqayıt”ın üç futbolçusu milli komandalara dəvət alıb
“Sumqayıt”ın üç legioneri müxtəlif milli komandaların heyətinə dəvət alıb.
Msport.az xəbər verir ki, Erik Sorqa Estoniya, İsa Suliman Pakistan, Kasimir Ninqa isə Çad yığmasına cəlb edilib.
Qeyd edək ki, Estoniya oktyabrın 13-də AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək.







